“Napoli” klubu Luçano Spaletti ilə müqavilə müddətini uzatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, Neapol təmsilçisinin rəhbərliyi artıq danışıqlara başlayıb.

İtaliya A seriyasının hazırkı lideri təcrübəli mütəxəssisin müqavilə müddətini 2025-ci ilə qədər uzatmağı planlaşdırır.

Onun hazırkı müqaviləsi 2023-cü ilin iyununa qədərdir.