"Milan" klubunda daha bir futbolçu ilə müqavilənin yenilənməsi nəzərdə tutulub.
Offsideplus.az xəbər verir ki, söhbət Olivye Jirudan gedir. Onunla daha bir illik müqavilə bağlanacaq. taliya klubu 36 yaşlı fransalı hücumçu ilə müqavilənin müddətini 2024-cü ilin yayınadək artırmağı planlaşdırır.
Jirunun “Milan”la mövcud müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.