Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliya oğlu Xviçanın İngiltərə Premyer Liqası klublarından birinə mümkün transferi barədə danışıb.

Offsideplus.az "Imedi TV"yə istinadən xəbər verir ki, ata Kvaratsxeliya oğlunun "Napoli"dəki performansına fokuslandığını diqqətə çatdırıb:

"O, "Napoli" ilə yeni müqavilə və ya Premyer Liqadan gələn təkliflərə fikir vermir. Heç kəs bizə yeni müqavilə ilə bağlı müraciət etməyib. Xviçanın onunla maraqlanan klublar barədə məlumatı var, lakin bunlara fikir vermir. Özünü 100% oyunlara kökləyib".

Qeyd edək ki, "Mançester Siti", PSJ və "Real" klubunun nümayəndələri də 21 yaşlı vingeri yaxından izləyir. Xviça bu yay "Dinamo"dan (Batumi) "Napoli"yə keçid edib.