Gürcüstan millisi və "Napoli" klubunun futbolçusu Xviça Kvaratsxeliyanın transfer qiyməti artıb.
Offsideplus.az "Transfermarkt"ə istinadən xəbər verir ki, 21 yaşlı vingerin satış dəyəri 15 milyon avrodan 35 milyon avroya qalxıb. Bunda gürcüstanlı oyunçunun cari mövsümün birinci yarısında "Napoli"də və milli komandadakı performansı səbəb olub.
O, cari mövsüm A Seriyası və ÇL üzrə "Napoli" ilə 9 oyuna çıxıb, 7 qolun vurulmasında iştirak edib. İtaliya nəhəngi Xviçanı "Dinamo"dan (Batumi) 10 milyon avroya transfer edib.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.