"Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri vəzifəsində qalacaq.
Offsideplus.az xəbər verir ki, mütəxəssisin istefaya göndərilməsi təklifini klubun vitse-prezidenti Pavel Nedved irəli sürsə də, Turin təmsilçisinin prezidenti Andrea Anyelli onu rədd edib.
Prezident "Yuventus"un vahid komanda olaraq qalacağına və irəliləmək üçün işləməyə davam edəcəyinə əmin olmaq istəyib.
Qeyd edək ki, "Yuventus" ölkə çempionatında 10 xalla 8-ci pillədə qərarlaşıb.