İtaliya A seriyasının 5-ci turunda keçirilmiş “Torino” – “Leççe” oyunu meydan sahiblərinin türkiyəli yarımmüdafiəçisi Emirhan İlkhan üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, o, Turin klubunun tarixində start heyətdə meydana çıxan ən gənc (18 yaş, 96 gün) futbolçu olub.
Xatırladaq ki, “Torino” Emirhanı bu yay yetirməsi olduğu “Beşiktaş”dan 4.5 milyon avroya transfer edib.