"Yuventus" "Marsel"in futbolçusu Arkadiuş Miliki heyətinə qatıb.
Offsideplus.az Turin klubunun rəsmi saytına istinadən xəbər verir ki, polşalı hücumçu mövsümün sonuna qədər icarə əsasında "qoca sinyora"nın formasını geyinəcək.
İki klub arasında olan razılaşmaya əsasən müqavilədə məcburi satın alma maddəsi olmasa da, İtaliya nəhəngi istəsə, 8 milyon avro ödəyərək 28 yaşlı oyunçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Milik 2021-ci ilin yanvarından Marsel təmsilçisində çıxış edirdi. O, bu müddətdə bütün turnirlərdə 55 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. Milik 2012-ci ildən oynadığı Polşa millisinin heyətində isə 62 matç keçirib və 16 qol vurub.