"Marsel" futbolçusu Arkadiuş Miliki icarəyə göndərib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumçu cari mövsümü icarə əsasında "Yuventus"da keçirəcək. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Turin təmsilçisi birbaşa satın alma şərti ilə polşalı futbolçunu icarəyə götürüb. Müqavilənin 2026-cı ilədək olacağı gözlənilir. Milik artıq tibbi müayinədən keçmək üçün İtaliyaya gedib.
Qeyd edək ki, Arkadiuş Milik 2021-ci ildən "Marsel"in formasını geyinir.