“Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Uotford” klubunun sol cinah müdafiəçisi Hassane Kamaranı transfer edib.
Fil Dişi Sahili yığmasında çıxış edən müdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb. Lakin 28 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi “Uotford”da icarədə oynayacaq.