"Yuventus"un yeni transferi Pol Poqba Qətərdə keçiriləcək DÇ-2022-də iştirak etməmək təhlükəsi ilə üz-üzə qalıb. 

 Offsideplus.az xəbər verir ki, bir neçə gün öncə Turin təmsilçisinin məşqində zədə alan fransalı yarımmüdafiəçi əməliyyat olunmalı olsa da, mündialdan kənar qalmamaq üçün bundan imtina edib. Bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. 29 yaşlı oyunçunun müalicəsinin gedişatına uyğun olaraq 2 və ya 5 aya qədər yaşıl meydanlardan uzaq qalması gözlənilir. Xəbərə görə, Poqbanın sıradan çıxmasından sonra "qoca sinyora" PSJ-nin agentinalı futbolçusu Leandro Paradesi maraqlanmağa başlayıb.

Qeyd edək ki, Fransa millisinin üzvü geridə qalan mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol və 9 asisstlə yadda qalıb.