"Roma"nın azad agent qismində heyətinə cəlb etdiyi Paulo Dibala paytaxt təmsilçisinə keçdiyi ilk gündə satışa çıxarılan klub formasının sayı üzrə rekord qırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "Corriere dello Sport"  məlumat yayıb. Azarkeşlər tərəfindən Dibalanın adı yazılmış olan 530 min forma alınıb ki, bu da İtaliya futbolunun tarixində ən yüksək göstəricidir.

Qeyd edək ki, əvvəlki rekord "Yuventus"un sabiq futbolçusu Kriştiano Ronaldoya məxsus idi.  Turin klubunda olduğu ilk gün portuqaliyalı ulduzun 500 min futbolkası satılmışdı.