"Roma" "Yuventus"dan ayrılan argentinalı futbolçu Paulo Dibalanı heyətinə qatıb.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi azad agent qismində olan oyunçu ilə 2025-ci ilə qədər müqavilə imzalayıb. Xəbərə görə, keçidin müsbət sonluqla bitməyində komandanın baş məşqçisi Jose Mourinyonun böyük rolu var.

Qeyd edək ki, Dibala geridə qalan mövsüm Turin təmsilçisinin heyətində 39 oyuna çıxıb, 15 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.