"Milan" Zlatan İbrahimoviçi komandada saxlamağa qərar verib.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib. "Qırmızı-qaralar" 40 yaşlı hücumçu ilə 1 illik yeni müqavilə imzalayıb.

 Qeyd edək ki, 2020-ci ildən "Milan"da çıxış edən isveçli futbolçu zədə səbəbindən bu il yaşıl meydanlara çıxmayacaq.