"İnter" klubu erməni futbolçu Henrix Mxitaryanı sıralarına qatıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərə görə, Milan təmsilçisi hazırda azad agent statusu daşıyan 33 yaşlı erməni yarımmüdafiəçi ilə 2 mövsümlük razılıq əldə edib. Keçidin rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Mxitaryan son olaraq "Roma"da çıxış edib.