"Napoli"nin futbolçusu Dris Mertensin komandada qalacağı sual altındadır.
Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, bu yay Neapol təmsilçisi ilə sözləşməsi sona çatan 35 yaşlı hücumçuya "Latsio"dan təklif var. Həmçinin hazırkı komandası da belçikalını əldən buraxmaq istəmir.
"Latsio"nun baş məşqçisi Maurisio Sarri Mertensi yenidən sərancamında görmək istəyir.
Qeyd edək ki, Belçika millisinin üzvü 2013-cü ildən "Napoli" forması geyinir.