İtaliya “İnter”i baş məşqçisi Simone İnzaqi ilə müqaviləni uzadacaq.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssislə danışıqlar aparır.

“İnter” 45 yaşlı mütəxəssislə 2024-cü ilin yayına qədər müqavilə imzalamaq istəyir. 

Qeyd edək ki, “İnter” A seriyasının turnir cədvəlində lider “Milan”dan 2 xal geri qalaraq 2-ci yerdədir. İnzaqi 2021-ci ilin yayında "İnter"i çalışdırır.