İtaliyanın “Venesiya” klubu baş məşqçisi Paolo Zanettini istefaya göndərib.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Onun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Venesiya” A Seriyasında 33 oyundan sonra 22 xalla 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Zanetti 2020-ci ilin avqustundan “Venesiya”ya rəhbərlik edirdi.