Gürcüstan yığmasının və "Dinamo"nun (Batumi) futbolçusu Xviça Kvaratsxeliyanın "Napoli"yə keçəcəyi dəqiqləşib.
Offsideplus.az xəbər verir ki, bunu A Seriyası təmsilçisinin prezidenti Aurelio De Laurentis də təsdiqləyib.
O, 21 yaşlı yarımmüdafiəçini mövsümün sonunda transfer edəcəklərini açıqlayıb.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.