"Yuventus"un futbolçusu Paulo Dibala karyerasını "İnter"də davam etdirməyə yaxındır.
Offsideplus.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi 28 yaşlı oyunçunun meneci ilə danışıqlar aparır. Turin klubuyla müqaviləsini yeniləməyən hücumçu yayda komandanı tərk edəcək.
Onu İspaniyanın "Ateltiko" klubu da heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Argentina millisinin üzvü 2015-ci ildən "qoca-sinyora"da çıxış edir.