Təcrübəli müdafiəçi Corco Kyellini cari mövsümün sonunda “Yuventus”u tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, İtaliya millisinin DÇ 2022-nin pley-off mərhələsində Şimali Makedoniyaya uduzması Kyellininin gələcəyinə təsir edə bilər.
37 yaşlı futbolçu MLS komandalarından birinə keçməyi düşünür.
Bildirək ki, Kyellini ötən yay Turin klubu ilə müqaviləsini 2023-cü ilə qədər uzatmışdı.