İtaliyanın “Bolonya” klubunun baş məşqçisi Sinişa Mixayloviçin leykemiya xəstəliyi qayıdıb.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı serbiyalı mütəxəssis özü yayıb.

O, gələn həftə xəstəxanaya gedəcəyini söyləyib.

Bildirək ki, yaxın keçmişdə bir neçə dəfə kimyaterapiya keçən Sinişa Mixayloviç xəstəliyə qalib gəlmişdi.