Paulo Dibala "Yuventus"dan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Turin təmsilçisi 28 yaşlı hücumameyilli futbolçu ilə yeni müqavilə şərtlərində razılıq əldə edə bilməyib. Argentinalı oyunçunun sözləşməsi bu mövsümün sonu başa çatır.
Qeyd edək ki,Dibala 2015-ci ildən "qoca sinyora"da çıxış edir.