"Milan" idman direktoru  Paolo Maldini ilə sözləşməni uzadacaq.

 Offsideplus.az "Football İtalia"ya istinadən xəbər verir ki, A Seriya təmsilçisi 53 yaşlı veteran futbolçuya 2024-cü  ilədək müqavilə təklif edəcək.

Qeyd edək ki, Maldini 1984-2009-cu illər aralığında "Milan"da çıxış edib.