İtaliyanın "Yuventus" klubu baş məşqçisi Massimiliano Alleqri ilə yolları ayırmayacaq.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi yeni mövsümdə də italiyalı mütəxəssislə əməkdaşlığa davam edəcək.

Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasının 1/8 finalında "Vilyarreal"a uduzaraq (1:1, 0:3) turnirdə mübarizəni dayandırıb. Komanda A seriyasında isə 56 xalla 4-cü pillədə qərarlaşıb.