İtaliya A seriyasında fevral ayının ən yaxşı oyunçusu bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu ada "Yuventus"un hücumçusu Duşan Vlahoviç layiq görülüb.  

Qeyd edək ki, qış transfer pəncərəsi zamanı "Fiorentina"dan "Yuventus"a keçən 22 yaşlı futbolçu İtaliya çempionatında fevral ayı ərzində meydana çıxdığı 4 matçda 3 qol vurub.