İtaliya yığmasının və "Milan" klubunun sabiq üzvü Filippo İnzaqinin yeni iş yeri müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, 45 yaşlı məşqçi "Bolonya" nı çalışdıracaq. Klubun rəsmi saytı veteran hücumçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. O, A Seriyası təmsilçisində Roberto Donadonini əvəzləyib. 

 Qeyd edək ki, İnzaqi daha əvvəl “Milan” və “Venetsiya” klublarını çalışdırıb.