"Yuventus"un futbolçusu Aaron Remzi koronavirusa yoluxub.

 Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin testi müsbət nəticələnib. 

Uelsli oyunçu karantinə alınıb.

Qeyd edək ki, Remzi bu mövsüm "qoca sinyora" ilə 5 matçda meydana çıxıb. Onun Turin klubundan ayrılmaq ehtimalı var.