“Yuventus” klubunun baş məşqçisi Massimiliano Alleqri diskvalifikasiya edilib.

Offsideplus.az verir ki, 54 yaşlı italiyalı mütəxəssisin İcəzalandırılmasına səbəb A seriyasının 20-ci turunda “Napoli” ilə oyundan (1:1) sonra baş hakimin ünvanına nalayiq ifadə işlətməsi olub. Nəticədə İntizam Komitəsi Alleqrini 1 matçlıq diskvalifikasiya etmək və 10 min avro cərimələməyə qərar verib.

O, A Seriyasının növbəti turu çərçivəsində sabah “Roma” ilə keçiriləcək qarşılaşmada texniki zonadakı olmayacaq.