"Roma" qışda 3 futbolçuyla anlaşa bilər.

Offsideplus.az xəbər verir ki, "canavarlar" yanvarda "Norviç"in müdafiəçisi Maks Aarons, "Bavariya"lı Korentin Tolisso və "Hoffenhaym"da çıxış edən Florian Qrillitşi transfer etmək niyyətindədir.

Qeyd edək ki, "Roma" bu mövsüm A Seriyasında 16 maçta topladığı 25 xalla 7-ci pillədə qərarlaşıb.