"Yuventus" Xuan Kuadrado ilə müqaviləni uzadacaq.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "qoca-sinyora" 33 yaşlı kolumbiyalı oyunçunu 2024-cü ilə kimi komandada saxlamaq niyyətindədir. Adı çəkilən futbolçunun hazırkı sözləşməsi 2022-də başa çatır.
Qeyd edək ki, Kuadrado 2015-ci ildən Turin klubunun şərəfini qoruyur.