"Yuventus" klubunun niderlandlı futbolçusu Matteys de Liqt zədəsini tam sağaldıb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı müdafiəçi komanda ilə məşqlərə qatılır.

Onun Çempionlar liqasının qrup mərhələsinin 3-cü turunda "Zenit"lə (Rusiya) görüşdə meydanda ola biləcəyi gözlənilir.

Qeyd edək ki, "Zenit" - "Yuventus" oyunu sabah keçiriləcək.