İtaliya A Seriyası çərçivəsində keçirilən "Yuventus" - "Sampdoria" (3:2) matçından sonra "qoca sinyora"nın baş məşqçisi Massimiliano Alleqri Paolo Dibala və Alvaro Moratanın zədələndiyini açıqlayıb. 


Offsideplus.az xəbər verir ki, hər iki futbolçunun Çempionlar Liqasında sentyabrın 29-da keçiriləcək "Çelsi" ilə oyunu buraxmalı olacaqlar. Həmçinin, A Seriyasının növbəti turunun qarşılaşmasını da bu futbolçular iştirak edə bilməyəcəklər.