“Napoli” rəhbərliyi Lorenso İnsinyeni satmağa hazırdır.
Offsideplus.az xəbər verir ki, A seriyası klubu 30 yaşlı italiyalı ilə münasibətlərdə ortaq məxrəcə gələ bilmədiyindən belə qərar qəbul edib.
Neapol təmsilçisi sərfəli təklif qarşılığında İnsinyeni satmağa razılıq verib.
Qeyd edək ki, İnsinye 2010-cu ildən "Napoli"nin şərəfini qoruyur.