"Yuventus" Corcio Kyellini ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 36 yaşlı müdafiəçisi ilə sözləşmənin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya millisinin üzvü 2023-cü ilin iyuluna qədər "Yuventus"a kapitanlıq edəcək.
Qeyd edək ki, Kyellini 2004-cü ildən "Qoca Sinyora"nın şərəfini qoruyur.