İngiltərədən "Everton" Merih Demiralı transfer hədəfinə alıb.

Offsideplus.az "Tuttosport"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 23 yaşlı müdafiəçi üçün "Yuventus"la görüşüb. İki klub arasında baş tutan müzakirələrdə Turin təmsilçisi Türkiyə millisinin üzvü üçün 40 milyon avro transfer qiyməti tələb edib.

Qeyd edək ki, 2020-21 mövsümündə "Yuventus"la 24 oyuna çıxan Demiral ilə "Roma" klubu da yaxından maraqlanır.