“Fiorentina” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Ştutqart” klubunun hücumçusu Nikolas Qonsalesi rənglərinə bağlayıb. 23 yaşlı argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Fiorentina” bu transfer üçün 27 milyon avro xərcləyib.