"Milan" ilə müqaviləsi başa çatan Hakan Çalhanoğlu klubun əzəli rəqibinə keçə bilər.
Offsideplus.az xəbər verir ki, "İnter" 27 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə jurnalits Mauritsio Di Martsio məlumat yayıb. Klub və Türkiyə millisinin üzvü arasında razılıq əldə edildiyi bildirilir. Sabah futbolçu tibbi müayinədən keçiriləcək.
"İnter" Finlandiya ilə oyunda huşunu itirərək yerə yıxılan və yaşıl meydanlara dönüşü sual altında olan Kristian Erikseni Hakan Çalhanoğlu ilə əvəzləməyi düşünür.
Qeyd edək ki, Hakan, ötən mövsüm "Milan"la 33 oyuna çıxıb, 4 qol vurub, 10 assistlə yadda qalıb.