"Latsio" klubu yeni baş məşqçisini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Mauritsio Sarri İtaliya A Seriyası komandasının sükanı arxasına keçib. 62 yaşlı mütəxəssislə 2023-cü ilə qədər müqavilə bağlanıb.

Qeyd edək ki, Sarri sonuncu dəfə "Yuventus"un baş məşqçisi olmuşdu (2019-2020).