"Yuventus" yeni baş məşqçisini rəsmən açıqlayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Massimiliano Alleqri Turin təmsilçisinin sükanı arxasına keçib. İtaliyalı mütəxəssis ilə 2025-ci ilədək müqavilə imzalanıb.
Qeyd edək ki, o, bu vəzifədə Andrea Pirlonu əvəzləyib. Alleqri 2014-2019-cu illərdə "qoca sinyora"ya rəhbərlik edib.