"Yuventus" kapitanı Corcio Kyellini ilə müqaviləni yeniləyə bilər.
Offsideplus.az "Sky Sport"a istinadən xəbər verir ki, iyun ayında Turin təmsilçisi ilə müqaviləsi başa çatan 36 yaşlı müdafiəçi daha bir il komandada qala bilər. Bu, "Yuventus"un baş məşqçisi olmağa razılıq verən Massimiliano Alleqrinin istəyidir.
Qeyd edək ki, "Yuventus" Andrea Pirlo ilə yollarını ayırıb, əvəzinə isə sabiq çalışdırıcısı Alleqrini gətirib. Yaxın zamanlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.