Türkiyə millisi və "Milan"ın futbolçusu Hakan Çalhanoğluna Qətər klubu elçi düşüb.
Offsideplus.az "SkySports"a istinadən xəbər verir ki, "Al-Duhail" klubu 28 yaşlı yarımmüdafiəçi üçün illik 8 milyon maaş olmaqla 3 illik müqavilə təklif edib. Klub rəhbərliyinin futbolçunun meneceri ilə gələn həftə görüşməsi gözlənilir.
Bundan əlavə, Hakanın karyerasını Avropada davam etdirmək istədiyi və "Milan" ilə danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, iyunun 31-də müqaviləsinin müddəti başa çatan Hakan, "Milan" formasında 42 oyuna çıxıb, 9 qol vurub və 11 assist edib.