"Salernitana" klubu yeni mövsümdə İtaliya A seriyasında oynamaq hüququ əldə edib.

Offsideplus.az xəbər verir ki, kollektivİtaliya B seriyasının son turunda "Peskara"ya 3:0 hesabı ilə qalib gələrək buna nail olub.

Bu nəticə ilə xalını 69-a yüksəldən Fabrizio Kastorinin baş məşqçisi olduğu komanda B seriyasını 2-ci pillədə tamamlayıb və çempion "Empoli"dən sonra elitaya vəsiqə qazanan ikinci komanda olub.