“Roma” klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "canavarlar"ın müdafiəçisi Maraş Kumbulla Albaniya yığmasının düşərgəsində zədələnib.
DÇ-2022-nin seçmə mərhələsində Andorra ilə görüşdə dizindən zədələnən Kumbulla mövsümün geridə qalan hissəsini buraxmalı olacaq.