"Yuventus"un kapitanı Corco Kyellini 2020/21 mövsümünün sonunda karyerasını başa vura bilər.

Offsideplus.az "La Gazette dello Sport"a istinadən xəbər verir ki, ötən mövsümünün çoxunu buraxan 37 yaşlı müdafiəçi bu sezon cəmi 9 oyuna çıxıb. İtaliyalı futbolçunun zədə səbəbindən karyerasını bitirəcəyi gözlənilir.

Qeyd edək ki, Corco Kyellini 2005-ci ildən Turin təmsilçisində çıxış edir.