"Yuventus" mövsümlərarası fasilədə heyətini gücləndirmək niyyətindədir.
Baş məşqçi Andrea Pirlonun sərəncamında görmək istədiyi bir neçə futbolçu var ki, klub rəhbərliyinin həmin oyunçuların keçidi üçün danışıqlara başladığı deyilir.
Offsideplus.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, "Atalanta"nın müdafiəçisi Robin Qosens, "Sassuolo"nun yarımmüdafiəçisi Manuel Lokaletti və "Marsel"in forvardı Arkadiuş Milik növbəti mövsümdə Turin təmsilçisinin uğurları üçün tər tökə bilər.
Qeyd edək ki, "Yuventus" A Seriyasında topladığı 55 xalla 3-cü pillədə qərarlaşıb. Lider "İnter"in 65 xalı var.