"Yuventus"un canlı əfsanələrindən olan Corcio Kyellini fikrindən daşınıb.
Offsideplus.az "La Gazzetta Dello Sport"a istinadla xəbər verir ki, 36 yaşlı futbolçu uzun illərdir şərəfini qoruduğu klubla yeni müqavilə bağlamayacaq. Səbəbsə Kyellininin mövsümün sonunda peşəkar karyerasını başa vurmaq istəyidir.
Qeyd edək ki, təcrübəli müdafiəçi cari mövsümdə "Yuventus" formasında 12 oyunda meydana ayaq basıb.