"Yuventus"un futbolçusu Rodriqe Bentankur koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, "Spezia" ilə oyuna (3:0) çıxan 23 yaşlı yarımmüdafiəçinin COVİD-19 testi pozitiv nəticə verib. Koronavirusa yoluxan Bentankur dərhal karantinə alınıb.
Qeyd edək ki, yanvar ayında Kuadrado və Aleks Sandro, dekabrda isə Kriştiano Ronaldonun koronavirusa yoluxduğu aşkarlanmışdı.