"Yuventus"un müdafiəçisi Corco Kyellinin durumuna aydınlıq gəlib.
Offsideplus.az "Il Bianconero" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu zədə səbəbindən 2 həftəlik yaşıl meydanlardan uzaq qalıb.
Xatırladaq ki, o, Çempionlar Liqası 1/8 finalında "Portu"ya qarşı matçda xəsarət almışdı. Kyellini 35-ci dəqiqədə türk futbolçu Merih Demiral əvəz etmişdi.