“İnter” klubu hücumçusu Lautaro Martinesin müqaviləsinin müddətini uzadacaq.
Offsideplus.az xəbər verir ki, argentinalı forvard komandası ilə yeni müqavilə ilə bağlı razılığa gəlib.
"Neradzurra" 23 yaşlı futbolçunun müqaviləsinin müddətini bir illik artıracaq. Hücumçunun illik məvacibi isə 2,5 milyondan 4,5 milyon avroya qaldırılacaq.
Qeyd edək ki, Martines 2018-ci ildən "İnter"də çıxış edir.