"Yuventus" və İtaliya millisinin üzvü Corcio Kyellini 20 il öncə "Arsenal"da çıxış etmək şansı olduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "So Foot" nəşrinə açıqlama verən 36 yaşlı müdafiəçi "topçular"ın təklifini rədd etməklə axmaqlıq etdiyini deyib:

"Geriyə baxsaq, bu təklifi rədd etməyim axmaqlıq idi. 16 yaşımda C Seriyasında oynayarlən belə böyük təklif aldım. Özümü hazır hiss etmirdim. Qəbul etsəydim, "Livorno"ya xəyanət kimi düşünərdim".

Qeyd edək ki, Corcio Kyellini 2005-ci ildən "Yuventus" klubunun şərəfini qoruyur.